"Qarabağ" "Çelsi" ilə matçda tarixi nəticəyə imza atdı


UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda üz-üzə gələcək "Qarabağ" və İngiltərənin "Çelsi" kollektivlərinin start heyətləri bəlli olub.

Turkustan.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

"Çelsi": Robert Sançes, Mark Kukurelya, Tosin Adarabioyo, Ceyms Qittens, Andrey Santos, Xuan Pedro, Yorrel Hato, Ris Ceyms (k), Tayrik Corj, Estevan Villian, Rameo Lavia

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

***

"Qarabağ" - "Çelsi" qarşılaşması başladı.

***

"Çelsi" Estevaonun matçın 16-cı dəqiqəsində vurduğu qolla hesabda önə keçdi: 0-1.

***

Andrade 30-cu dəqiqədə hesaba tarazlıq gətirdi: 1-1.

***

Yankoviç görüşün 39-cu dəqiqəsində penalti zərbəsi ilə "Qarabağ"ı hesabda önə keçirdi: 2-1.

***

Qarnaço 53-cü dəqiqədə hesabı 2-2 etdi.

***

"Qarabağ"la "Çelsi"nin qarşılaşması 2-2 hesabı ilə başa çatdı. /axar.az/


MANŞET XƏBƏRLƏRİ