Hantavirus Türkiyədə! Üç vətəndaş karantindədir


Argentinadan yola düşən kruiz gəmisində aşkarlanan və 3 nəfərin ölümünə səbəb olan Hantavirus hadisələri ilə bağlı yeni inkişaf baş verib.

Turkustan.az xəbər verir ki, gəmidə olan üç Türkiyə vətəndaşı gecə saatlarında İstanbula gətirilib.

Əməliyyat Türkiyə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilib. Nazirlik ötən şənbə axşamı həmin şəxslərin Türkiyəyə gətirilərək karantinə alınacağını açıqlamışdı. Məlumata görə, vətəndaşlar gecə saatlarında İstanbula çatdırılıb və ölkəyə daxil olduqdan sonra onların rəsmi karantin prosesi başlayıb.

Nazirlikdən bildirilib ki, vətəndaşlar ev şəraitində ciddi nəzarət altında saxlanılacaq. Rəsmilər ehtiyat tədbiri kimi tətbiq olunan karantin prosesinin yaxından izlənildiyini vurğulayıblar.

Hazırda Türkiyə vətəndaşlarında hər hansı xəstəlik əlaməti müşahidə olunmur. Bununla belə, onların gəmidə yoluxmuş şəxslərlə təmasda olmaları və ya risk daşıyan qidalar qəbul etmələri ehtimalı nəzərə alınaraq karantin qərarı verilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ