Ağdam təmsilçisi "Dinamo Zaqreb"in müdafiəçisi Sami Mmaini birillik icarəyə götürüb. Xorvatiyalı azarkeşlər 27 yaşlı futbolçunun "Qarabağa" keçidindən sonra "köhlən atlar"a dırnaqarası təşəkkür ediblər.
Turkustan.az Oxu.Az-a istinadla xəbər verir ki, zaqreblilərin futbolçu ilə vidalaşma paylaşımına və "Qarabağ"ın transfer xəbərinin altına çoxsaylı rəylər yazılıb.
Şərhlərin ümumi tonu bir məqamda birləşir: azarkeşlər Sami Mmaidən qurtulduqları üçün sevinirlər.
"I want you good luck. I'm Dinamo fan and Sammy is not good player" - "Uğurlar arzulayıram. "Dinamo" azarkeşiyəm və Sami yaxşı futbolçu deyil".
"That was the worst CB player in Dinamo Zagreb history... thank you Qarabag, you will see pure quality" - "Bu, "Dinamo" tarixinin ən pis mərkəz müdafiəçisi idi... Təşəkkürlər, "Qarabağ". Siz "xalis keyfiyyəti" görəcəksiniz".
"Thank you, Qarabagh, thank you, thank you… you will have 'fun' with your new 'player" - "Təşəkkürlər, "Qarabağ". Təşəkkürlər, təşəkkürlər… Yeni "oyunçunuzla" çox "əylənəcəksiniz".
"Thank you so much Qarabag" - "Çox sağ ol, "Qarabağ".
"Kada sam gledao Sammyija, ozbiljno sam počeo vjerovati da bi netko sa ulice više dao obrani Dinama samo ostavljanjem srca na terenu" - "Samiyə baxanda ciddi şəkildə düşünməyə başlamışdım ki, küçədən birini gətirsələr, təkcə ürəyini ortaya qoymaqla "Dinamo"nun müdafiəsinə daha çox töhfə verər".
"Dugo ovako loš igrač nije bio u Dinamu" - "Uzun zamandı, "Dinamo"da bu qədər zəif bir oyunçu olmamışdı".
"Uzmite ga Azeri i imajte ga 20 godina još" - "Onu götürün, azərbaycanlılar, 20 il də saxlayın".
Qeyd edək ki, peşəkar karyerasına Belçikanın "Standart" klubunda başlayan Sami Mmae daha sonra Niderlandın "Maastrixt", Belçikanın "Sent-Truden", Macarıstanın "Ferentsvaroş" və son olaraq Xorvatiyanın "Dinamo" (Zaqreb) komandalarında çıxış edib. O, 2024/25 mövsümünün UEFA Çempionlar Liqasının pley-off mərhələsində məhz "Qarabağ"a qarşı hər iki oyunda da əsas heyətdə yer alıb və 90 dəqiqə meydanda olub. Beynəlxalq arenada isə Mərakeş millisinin heyətində 10 oyuna çıxıb.