Küçədən tapılan əşya (hüquqi dildə - tapıntı) tapıldığı yerə və vəziyyətə görə müəyyən hüquqi məsuliyyətlər yaradır.
Mülki Məcəlləyə görə, şəxs əşyanı ondan tamamilə imtina etmək üçün atıbsa, başqa biri həmin əşyanı öz mülkiyyətinə keçirə bilər.
Amma burada bəzi şərtlər var.
Əgər atılmış əşyanın dəyəri 55 manatdan aşağıdırsa və həmin əşya sizin torpağınızda və ya istifadənizdə olan başqa ərazidədirsə, ondan istifadə etməyə başlayaraq onu özünüzünkü edə bilərsiniz.
Bəs əşyanın dəyəri 55 manatdan çoxdursa?
Belə əşyanın sahibsiz hesab edilməsi üçün məhkəməyə müraciət edilməlidir./oxu.az