Gürcüstan Baş naziri: "Keşikçidağ mağaralar kompleksi üzərində fəal iş aparılır"


“Biz Azərbaycan və Ermənistanla dostluq münasibətləri saxlayırıq, hər iki dövlətlə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işlər aparılmalıdır”.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalının “Açıq efir” proqramında deyib.

O, prosesin bundan sonra da tam dostluq ruhunda davam etdiriləcəyini vurğulayıb.

Hökumət başçısı Azərbaycanla sərhəddə yerləşən Keşikçidağ mağaralar kompleksinə də toxunaraq, bu məsələ üzərində də dostluq ruhunda fəal işlərin aparıldığını əlavə edib (APA).


MANŞET XƏBƏRLƏRİ