Bakıda daha bir dəbdəbəli toy: Kutsi dəvət edildi


Bakıda Gülüstan Sarayında keçirilən dəbdəbəli toy sosial mediada gündəm olub.

Turkustan.az xəbər verir ki, məclisin qonaqları sırasında türkiyəli məşhur müğənni Kutsi də yer alıb. Sənətçi bəy və gəlin üçün “İlanı Aşk” mahnısını ifa edib.

Toya qatılan xalq artistləri Röya Ayxan və Samir Cəfərov, Əməkdar artist Sevda Ələkbərzadə, reper Elşad Xose də səhnədə yer alıblar.

Gecənin aparıcılığını isə Əməkdar artist Nərgiz Cəlilova edib./publika.az


MANŞET XƏBƏRLƏRİ