Tramp açıqladı: Avropa dizel ehtiyatlarını bazara çıxarır


ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel ehtiyatlarını bazara çıxarmaq barədə razılığa gəldiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında ehtiyatlardan “çoxlu miqdarda” dizel yanacağının buraxılacağını bildirib.

“Avropa ehtiyatlarından çoxlu miqdarda dizel yanacağının buraxılmasına razılıq verib. Proses dərhal başlayacaq”, – deyə, Tramp qeyd edib.

Daha sonra G7 ölkələri enerji bazarındakı qiymət təzyiqlərini azaltmaq üçün ümumilikdə 100 milyon barel neft və yanacağın ehtiyatlardan bazara çıxarılması barədə razılığa gəlib. Bu həcmin əhəmiyyətli hissəsinin dizel yanacağı olması və ilk 20 gün ərzində bazara çıxarılmasının sürətləndirilməsi nəzərdə tutulur.

Fransa Prezidenti Emmanuel Makron da razılaşmanı təsdiqləyib. O bildirib ki, G7 ölkələri yanacaq qiymətlərini azaltmaq və bazarda təchizatı artırmaq məqsədilə koordinasiyalı şəkildə hərəkət edəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ