Bəziləri iddia edir ki, əncir ağacı kəsilərkən hansısa dua oxunmalıdır, əks halda insana günah yazıla, başına müsibət gələ bilər.
İlahiyyatçı Əkrəm Həsənov da “Yeni Sabah”a açıqlamasında bunu təsdiqləmir:
"Ümumiyətlə, hər bir müsəlman Quranı bacardığı qədər oxumağa çalışmalıdır. Təkcə ağac kəsəndə yox. Sadəcə, əncir ağacı başqa ağaclardan heç bir şəkildə fərqlənmir, ona görə də onun çıxarılması icazəli hesab olunur, bunun heç bir qorxusu yoxdur və ağacı kəsən insana heç bir zərər gəlmir. Nə Peyğəmbərin özü, nə də onun səhabələri əncir ağacının kəsilməsini qadağan edən heç bir söz deməyiblər”.