Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana səfər edəcək.
Kremlin mətbuat xidmətinin məlumatəna görə, səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq.
“Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq”, – məlumatda deyilir.
Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.(globalinfo.az)