Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Turkustan.az xəbər verir ki, söhbət zamanı nazirlər son regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Nazirlər narahatlıqlarını ifadə edərək, gərginliyi daha da artıra biləcək hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayıb, sabitliyin və təhlükəsizliyin təmin edilməsinin zəruri olduğunu qeyd ediblər.
Tərəflər Ermənistan və Azərbaycan arasında davamlı sülhün vacibliyini yüksək qiymətləndiriblər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan aeroportuna və orta məktəbə hücum edib. /axar.az/