Tramp BMT sessiyasında İlham Əliyevdən sitat gətirdi


BMT-də Azərbaycan-Ermənistan nizamlanması müzakirə olunub: Donald Tramp Bakı və İrəvan arasındakı irəliləyişi yüksək qiymətləndirib

Turkustan.az xəbər verir ki, BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edən ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə toxunub.

O, Azərbaycan Prezidentinin ünvanına tərif dolu sözlər səsləndirərək, qısa müddət ərzində əldə olunan nəticələrin gözlənilməz olduğunu vurğulayıb.

“Azərbaycan Prezidenti mənə dedi ki, altı ayda möcüzələr yaratmısan və heç kim bunun baş verəcəyini belə düşünmürdü”, - Tramp əlavə edib.

Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyanın da bu prosesdə ABŞ rəhbərliyinin şəxsi rolunu və vasitəçilik səylərini yüksək dəyərləndirdiyi diqqətə çatdırılıb./publika.az


MANŞET XƏBƏRLƏRİ