Zelenski: “Qışa qədər müharibə başa çata bilər”


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın köməyi ilə tammiqyaslı müharibənin qışa qədər başa çatacağına ümid etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində iki liderin görüşünün yayımına istinadla məlumat verib.

"Ümid edirəm ki, bu müharibəni qışa qədər başa vura bilərik və Tramp bizə bu işdə kömək edəcək", - deyə Zelenski bildirib.

Tramp da öz növbəsində həm Ukrayna Prezidenti, həm də Rusiya Prezidentinin müharibənin bitməsini istədiyini vurğulayıb. "Vaxt gəlib", - deyə ABŞ Prezidenti vurğulayıb.

Xatırladaq ki, bu gün BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin "insanların təsəvvür etdiyindən daha tez" başa çatacağını bildirib./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ