Tramp BMT-yə ayaq basan kimi mesaj verdi: Sözləri Putinə ünvanlandı


ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına gedərkən Rusiya Prezidenti Vladimir Putinə qısa mesaj verib.

Turkustan.az xəbər verir ki, Tramp jurnalistlərin suallarını cavablandırarkən CNN-in Ağ Ev müxbiri Keytlan Kollinzə müraciət edib və kanalın onu izləməsinə təəccübləndiyini deyib.

“CNN-in məni burada izləməsinə təəccüblənirəm! Sən burada olmamalısan. Məni izləməməlisən. Dediniz ki, məni izləməyəcəksiniz”, - deyə Tramp bildirib.

Daha sonra jurnalistlərdən biri Trampdan Putinlə bağlı sual soruşub. Tramp mikrofona yaxınlaşaraq Rusiya prezidentinə müraciətlə cəmi üç söz deyib: “Müharibəyə son qoyun".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ