Rubio: “Tramp Pezeşkianla görüşməyə açıqdır”


ABŞ Dövlət katibi Marko Rubio Prezident Donald Trampın İran Prezidenti Məsud Pezeşkian da daxil olmaqla, ümumiyyətlə “hər kəslə” görüşməyə açıq olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Rubio “NBC News”a canlı yayım zamanı ABŞ və beynəlxalq gündəmlə bağlı sualları cavablandırıb.

Trampın Pezeşkianla görüşmək planının olub-olmadığı barədə suala Rubio prezidentin problemlərin həlli üçün dialoqu vacib hesab etdiyini və müxtəlif tərəflərlə görüşməyə açıq olduğunu deyib.

“Bu, bizim onlarla razılaşacağımız anlamına gəlmir. Hazırda belə bir görüş planlaşdırılmayıb, amma biz buna tamamilə açığıq”, - deyə Rubio bildirib.

ABŞ Dövlət katibi həmçinin İranın nüvə silahına sahib olmasının qarşısının alınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton bu məsələnin diplomatik yolla həllinə nail olacağı təqdirdə bundan məmnun olacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ