Ərdoğan BMT Baş Assambleyasında çıxış etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışında Fələstin məsələsinə xüsusi diqqət ayırıb və BMT-nin mövcud strukturunu tənqid edib.

Turkustan.az xəbər verir ki, Ərdoğan Fələstin xalqının mübarizəsini beynəlxalq platformalarda müdafiə etməyə davam edəcəklərini bildirib.

“Biz azad və suveren Fələstin dövlətinin səsi olacağıq və Fələstin xalqının mübarizəsini bu platformadan dünyaya çatdırmağa davam edəcəyik”, - deyə, Ərdoğan bildirib.

Türkiyə Prezidenti BMT Baş katibi Antonio Quterreşə də müraciət edərək onun fəaliyyətini yüksək qiymətləndirib. O, üzv dövlətlərin böyük əksəriyyəti tərəfindən tanınan Fələstin Prezidenti Mahmud Abbasın ardıcıl iki ildir Baş Assambleyanın iclaslarında şəxsən iştirak edə bilməməsinin ədalətsizlik olduğunu deyib.

Ərdoğan BMT Təhlükəsizlik Şurasının quruluşuna da toxunaraq “190-dan çox ölkənin iradəsinin 5 ölkənin şıltaqlığından asılı olduğu bir struktur nə ədalətlidir, nə də tam etibar yarada bilər” fikrini səsləndirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ