İrandan ABŞ-a təklif: Hörmüzü 7 günə aça bilərik


İranın ABŞ-a dəniz blokadasının ləğvi və diplomatik danışıqlara qayıdış qarşılığında Hörmüz boğazını yeddi gün ərzində açmağa hazır olduğunu bildirdiyi iddia olunur.

Turkustan.az xəbər verir ki, Yaponiyanın “Kyodo” xəbər agentliyinə danışan anonim İran hökumət rəsmisi bu təklifin vasitəçilər vasitəsilə ABŞ-a çatdırıldığını bildirib. Onun sözlərinə görə, Tehran iki ölkə arasında davamlı atəşkəsə nail olmaq üçün danışıqların yenidən başlamasını təklif edib.

Rəsmi şəxs ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasının sessiyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşmək istəyinə də münasibət bildirib. O, Tramp və Pezeşkianın görüşməsi ehtimalını istisna etsə də, iki ölkə arasında razılaşmanın mümkün olduğunu deyib.

“Razılaşmaya doğru irəliləyiş ehtimalı var. Lakin diplomatiyanın irəliləməsi üçün Vaşinqton ciddilik və qətiyyət nümayiş etdirməlidir”, - deyə İran rəsmisi bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ