Fransa Prezidenti Emmanuel Makron Ukraynaya radar və hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı müqavilə imzaladıqlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Makron BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdüyünü bildirib.
Makron Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarının milyonlarla insanı elektrik enerjisi və istilikdən məhrum etdiyini deyib. O, Fransanın qış aylarında Ukraynanın yanında olacağını vurğulayıb.
Fransa Prezidenti Zelenski ilə radar və hava hücumundan müdafiə sistemlərinin Ukraynaya tədarükü barədə müqavilə imzaladıqlarını bildirib.
Makron həmçinin ABŞ Prezidenti Donald Trampla Ukraynaya dəstəyi müzakirə etdiyini və enerji təhlükəsizliyinin təmin olunması üçün Qara dənizdə sakitliyin qorunmasına çağırdığını qeyd edib.
Aytən Yaşar/ Turkustan.az