Silva: “Trampın başqa ölkələri idarə etmək hüququ yoxdur”


Braziliya Prezidenti Luis İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampın ABŞ-ı idarə etmək hüququnun olduğunu, lakin öz iradəsini digər ölkələrə qəbul etdirmək hüququnun olmadığını bildirib.

Turkustan.az xəbər verir ki, Lula da Silva “CNN”ə müsahibəsində Trampın beynəlxalq münasibətlərə yanaşmasını qiymətləndirib.

“Prezident Tramp ABŞ prezidenti seçilib. Onun ölkəsini idarə etmək hüququ var, amma digər ölkələri idarə etmək hüququ yoxdur. O, öz iradəsini başqa ölkələrə qəbul etdirə bilməz”, - deyə, Lula da Silva bildirib.

Braziliya lideri Trampın beynəlxalq məsələlərə “qərəzli” yanaşdığını qeyd edib. O, qlobal mübahisələrin həlli üçün çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ