ABŞ deyən oldu – Qrenlandiyada Pentaqonun bazası olacaq


ABŞ prezidenti Donald Tramp, Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen ABŞ hərbi qüvvələrinin Qrenlandiyada genişmiqyaslı yerləşdirilməsinə başlamaq üçün müqavilə imzalayıblar.

Turkustan.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə danışan M.Frederiksen deyib: "Bu müqavilə Danimarka Krallığının suverenliyinə və ərazi bütövlüyünə və Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşır".

O, müqavilənin tərəflərinin rəqiblərin Qrenlandiyanı idarə etməsinə və ya ona təsir etməsinə icazə verməyəcəyini, ABŞ və Danimarka müttəfiqlərinin bölgədəki mövcudluğunu genişləndirəcəyini qeyd edib.

"Biz 1951-ci il müdafiə müqaviləmizi 2006-cı ilə qədər irəli aparan bir müqavilə imzalayırıq", - deyə Qrenlandiyanın baş naziri Nilsen bildirib. O, bu müqavilələrin Qrenlandiyanın sədaqəti ilə bağlı hər hansı bir şübhəni aradan qaldırmalı olduğunu söyləyib. O, həmçinin Arktikada NATO-nun iştirakınının güclənməsinə çağırıb.

Media sənədin təfərrüatlarını açıqlamayıb./Musavat.com


MANŞET XƏBƏRLƏRİ