Beş mindən çox daimi iş yeri yaradılacaq - PREZİDENT


Azərbaycanda 2027–2030-cu illəri əhatə edən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramı icra olunacaq.

Turkustan.az xəbər verir ki, Prezident İlham Əliyevin bu barədə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə deyib. Dövlət başçısı öz çıxışında bu sahənin əhəmiyyətini və yaradılacaq yeni iş yerlərini xüsusi vurğulayıb:

"Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək."


MANŞET XƏBƏRLƏRİ