Tramp BMT kürsüsündə! O, İranla razılaşma üçün tarix verdi


ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib.

Turkustan.az xəbər verir ki, çıxışından əvvəl jurnalistlərin sualını cavablandıran Tramp Rusiya Prezidenti Vladimir Putinə “Müharibəyə son qoyun” mesajını verib.

Tramp BMT-dəki çıxışında ABŞ-ın iqtisadi vəziyyətindən, İranla bağlı siyasətindən və ölkəsinin son dövrdə əldə etdiyi nəticələrdən danışıb.

Tramp İranın “ölüm və xaos yaydığını” iddia edərək ABŞ-ın ölkənin nüvə proqramına zərbə vurduğunu bildirib. O, həmçinin noyabr ayında ABŞ-da keçiriləcək ara seçkilərdən sonra İranla razılaşma əldə ediləcəyinə inandığını, lakin bunun üçün güzəştə getməyəcəyini deyib.

ABŞ Prezidenti ölkəsinin iqtisadi göstəricilərinin də yaxşılaşdığını vurğulayıb. O bildirib ki, ABŞ-da yoxsulluq səviyyəsi aşağı düşüb, biznes qurmaq asanlaşıb və ölkə iqtisadiyyatı dünyada ən güclü vəziyyətdədir.

Tramp həmçinin hakimiyyətə gəldikdən sonra ölkə tarixində ən böyük vergi endirimlərindən birinin həyata keçirildiyini və fond bazarının rekord göstəricilərə çatdığını qeyd edib.

“Biz vəzifəyə gəlməzdən əvvəl ABŞ demək olar ki, ölmüşdü”, - deyə, Tramp bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ