"Qaradağ-Lökbatan" Peşəkar Futbol MMC ləğv olunduğunu elan edib.
Turkustan.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.
Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, mənzil 21 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Qaradağ-Lökbatan" Peşəkar Futbol Klubu 2024-cü ildə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 8, mənzil 24, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Bəbir Dilsuz oğlu Həsənovdur.