Hümmət Əliyevin erməni biznesmenlə gizli işbirliyi üzə çıxdı


Rusiya Teatr Sənəti İnstitutu (GİTİS) keçmiş azərbaycanlı prorektoru Hümmət Əliyevlə bağlı araşdırma davam edir.

Turkustan.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yeni məlumatlarda Əliyevin GİTİS-dəki fəaliyyəti və onun ətrafındakı şəxslərlə bağlı yeni detalların müəyyənləşdirildiyi bildirilir.

Son məlumatlarda onun erməni əsilli iş adamı Konstantin Avetovla birlikdə İnstituta məxsus bir sıra ərazilərin kommersiya məqsədilə qanunsuz özəlləşdirilməsinə dair faktlar var. Belə ki, Avetov uzun illər GİTİS-də Hümmət Əliyevin yaxın çevrəsində olub və institutdakı maliyyə əməliyyatları ilə bağlı proseslərdə iştirak edib. Hətta onun Əliyevin qeyri-rəsmi maliyyə vəsaitlərini idarə edən şəxslərdən biri olduğu iddia edilir. Yayılan məlumatlarda Avetovun bu vəsaitləri ailə üzvlərinin adına olan əmlaklar vasitəsilə leqallaşdırdığı da vurğulanır.

Xatırladaq ki, Hümmət Əliyev Azərbaycanda doğulub və əmək fəaliyyətinin ilk illəri Bakı ilə bağlı olub. O, 1972-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib, daha sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında çıxış edib. Əliyev Bakıda Xoreoqrafiya Məktəbində müəllim işləyib və 1990-cı ildə Bakıdan Moskvaya köçüb.

O, Moskvaya gedərək GİTİS-in baletmeyster fakültəsində oxuyub. Həmyerlimiz əsas ixtisasının klassik rəqs olduğunu, daha sonra hüquq təhsili aldığını bildirib. O, GİTİS-də prorektor vəzifəsinə 1994-cü ildə təyin olunub. Hümmət Əliyev inzibati-təsərrüfat işləri ilə yanaşı, klassik rəqs və hüququn əsaslarından dərs deyib./modern.az


MANŞET XƏBƏRLƏRİ