ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən iclasda çıxış edib.
Turkustan.az xəbər verir ki, Tramp çıxışında ABŞ-ın iqtisadi və hərbi gücündən danışaraq, ölkəsinin “əvvəlkindən daha güclü” olduğunu bildirib.
ABŞ Prezidenti İranın nüvə proqramına da toxunaraq, “İranın nüvə silahı olmayacaq”, - deyə, vurğulayıb.
Tramp çıxışında Qəzzadakı müharibə, Rusiya-Ukrayna münaqişəsi, Venesuela və Qrenlandiya məsələləri ilə bağlı da açıqlamalar verib.
Aytən Yaşar/ Turkustan.az