ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında sülh sazişinin gözləniləndən daha tez əldə olunacağına ümid etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp bunu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı deyib.
“Biz Ukrayna və Rusiya liderləri ilə sıx əməkdaşlıq edirik. Razılaşma əldə edə biləcəyik və bu, gözləniləndən daha tez baş verəcək”, - deyə, Tramp bildirib.
ABŞ Prezidenti döyüş meydanından yayılan görüntüləri mütəmadi izlədiyini və artıq belə fotoları görmək istəmədiyini söyləyib.
Tramp həmçinin ötən həftə imzaladığı və ona əlavə səlahiyyətlər verən qanuna toxunaraq, zərurət yaranacağı təqdirdə bu səlahiyyətlərdən “qətllərin qarşısını almaq” üçün istifadə edəcəyini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az