Avstraliyanın müdafiə naziri Riçard Marles F-35 qırıcılarına aid bəzi hissələrin səhvən Çinin Honkonq Xüsusi İnzibati Bölgəsinə göndərildiyini təsdiqləyib.
Turkustan.az xəbər verir ki, Marles “Politico”nun məsələ ilə bağlı yaydığı xəbərə münasibət bildirərək hadisədən xəbərdar olduqlarını və ABŞ-la birlikdə araşdırma apardıqlarını deyib.
Nazirin sözlərinə görə, Avstraliya tərəfi də məsələni araşdırıb və göndərilən hissələrdə həssas texnologiyanın olmadığı barədə təminat alıb.
“Başa düşdüyüm qədəri ilə, söhbət həssas avadanlıq və ya hissələrdən getmir”, - deyə Marles bildirib.
Avstraliyanın F-35 proqramı çərçivəsində 72 qırıcısı var. Ölkə proqram üzrə ehtiyat hissələrini paylaşan yeddi dövlətdən biridir.
AYtən Yaşar/ Turkustan.az