Ukraynadan 2 500 kilometrdən çox məsafədə yerləşən Rusiyanın Omsk şəhərində dronlar sənaye mərkəzinə hücum edib.
Turkustan.az xəbər verir ki, bu barədə telegram kanallarında məlumat yayılıb.
Omsk vilayətinin qubernatoru Vitali Xotsenko bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri dron hücumunu dəf etməyə çalışır. Onun sözlərinə görə, pilotsuz uçuş aparatları şəhərin şimalındakı sənaye mərkəzinə çatıb və hadisə yerində təcili yardım xidmətləri fəaliyyət göstərir.
Xotsenko sakinləri sakit olmağa və şübhəli hallar barədə 112 nömrəsinə məlumat verməyə çağırıb.
“Ukrinform”un məlumatına görə, Ukrayna Müdafiə Qüvvələri daha əvvəl Omsk və Uxta neft emalı zavodlarına, eləcə də Rusiyanın daha bir məlumat mərkəzinə zərbələr endirib.
Aytən Yaşar/Turkustan.az