Nə araqdır, nə pivə - Hər gün içdiyimiz içki ÇOX ZƏRƏRLİ imiş


Qəhvə dünyanın ən çox istehlak edilən içkilərindən biri olsa da, mütəxəssislər bütün qəhvə növlərinin eyni dərəcədə sağlam olmadığını bildirirlər.

Turkustan.az xəbər verir ki, son araşdırmalar və dietoloqların qiymətləndirmələrinə görə, ən zərərli qəhvə növləri yüksək miqdarda şəkər, şərbət, qaymaq və müxtəlif əlavələrlə hazırlanan qəhvə içkiləridir.

Mütəxəssislərin fikrincə, xüsusilə hazır qarışıqlardan hazırlanan, aromatlaşdırılmış şərbətlərlə zənginləşdirilən və üzərinə bol qaymaq əlavə olunan qəhvələr sağlamlıq üçün ən riskli seçimlər hesab olunur. Belə içkilər bəzən adi bir desert qədər şəkər və kalori ehtiva edir.

Ekspertlər vurğulayırlar ki, problem əksər hallarda qəhvənin özündən deyil, onun tərkibinə əlavə edilən maddələrdən qaynaqlanır. Şəkər, süni dadlandırıcılar, aromatik siroplar və yağlı kremlər qəhvənin kalorisini və şəkər yükünü ciddi şəkildə artırır.

Araşdırmalar göstərir ki, gündə dörd fincandan çox qəhvə içmək bəzi insanlarda sağlamlıq risklərini artıra bilər. Xüsusilə yüksək kofein qəbulu ürəkdöyünmə, yuxusuzluq və bəzi ürək-damar problemləri ilə əlaqələndirilir.

Dietoloqlar şəkərsiz və əlavəsiz filtr qəhvə, americano və ya türk qəhvəsini daha sağlam alternativlər kimi göstərirlər. Qəhvənin faydalarından yararlanmaq üçün ona əlavə olunan şəkər və krem miqdarını minimuma endirmək tövsiyə olunur.

Mütəxəssislər bildirirlər ki, qəhvəni zərərli edən əsas amil onun növündən çox hazırlanma üsulu və tərkibinə əlavə olunan məhsullardır. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ