İranın Ali Lideri Müctəba Xamenei ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinin Vaşinqtonun Tehrana münasibətini dəyişməyəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, o, ABŞ-da siyasi dəyişikliklərə ümid bəsləyənlərin yanıldığını vurğulayıb və İrana qarşı hər hansı yeni hücumun daha genişmiqyaslı cavabla qarşılanacağı barədə xəbərdarlıq edib.
Xamenei həmçinin Hörmüz boğazında baş verən hadisələrin ABŞ-ın məğlubedilməzliyi barədə təsəvvürləri sarsıtdığını iddia edib.
Noyabrın 3-də ABŞ-da keçirilən aralıq Konqres seçkilərindən sonra diqqət Vaşinqtonun İran siyasətinə yönəlib. Respublikaçıların seçkilərdə itkilərə məruz qalması ABŞ-ın Yaxın Şərqdəki hərbi və diplomatik yanaşmasının dəyişib-dəyişməyəcəyi ilə bağlı müzakirələri gücləndirib. Bu vəziyyət İran tərəfindən də sərt mesajların verilməsinə səbəb olub.
Aytən Yaşar/ Turkustan.az