Türkiyədən Aİ hesabatına sərt reaksiya: “Qərəzli və ədalətsizdir”


Türkiyə Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) ölkə ilə bağlı dərc etdiyi hesabata etiraz edib.

Turkustan.az xəbər verir ki, nazirlik Avropa Komissiyasının 2026-cı il Genişlənmə Paketinə daxil olan Türkiyə hesabatını “qərəzli və ədalətsiz” adlandırıb.

Nazirlik hesabatda siyasi meyarlar, məhkəmə sistemi və fundamental hüquqlarla bağlı yer alan qiymətləndirmələri rədd edib və Avropa İttifaqının Türkiyəyə münasibətini tənqid edib.

Açıqlamada vurğulanıb ki, hesabat Aİ-nin Türkiyəyə qarşı qərəzli və ədalətsiz yanaşmasını bir daha ortaya qoyur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ