Demokrat Şumer: İranla müharibəyə son qoyacağıq!


ABŞ Senatında Demokratlar Partiyasının azlıq lideri Çak Şumer aralıq seçkilərin nəticələrini şərh edərkən İranla müharibəni tənqid edib.

Turkustan.az xəbər verir ki, Şumer Amerika xalqının bu müharibənin hansı məqsədlə aparıldığını anlamadığını bildirib.

Demokratların həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluq qazandığı seçkilərin nəticələri ilə bağlı açıqlamalar davam edir.

Şumer Donald Tramp administrasiyasının İranla müharibənin məqsədləri barədə açıqlamalarını dəfələrlə dəyişdirdiyini iddia edib.

“Amerika xalqı İranda nə uğrunda mübarizə apardığımızı bilmir. Biz İranla müharibəyə son qoyacağıq. Müharibəyə son qoymaq üçün bizə qoşulan bəzi respublikaçılar da var”, – deyə, o bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ