Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ


Milli Hidrometeorologiya Xidməti noyabrın 5-i axşam saatlarından 6-sı səhərədək Bakıda, Abşeron yarımadasında və Azərbaycanın bəzi bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, narıncı xəbərdarlığa uyğun olaraq paytaxtda və Abşeron yarımadasında, eləcə də Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən və Ağstafada şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin saniyədə 20,8-28,4 metrədək güclənəcəyi gözlənilir.

Sarı xəbərdarlıq elan edilən Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdədə isə qərb küləyinin sürətinin saniyədə 13,9-20,7 metr olacağı proqnozlaşdırılır. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ