ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların müddətini uzadıb.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin Federal Reyestrində yayılan məlumatda bildirilib.
Sanksiyaların müddətinin uzadılmasına səbəb kimi ABŞ ilə İran arasında münasibətlərin hələ də normallaşmaması və 1981-ci il Əlcəzair razılaşmalarının icra prosesinin davam etməsi göstərilib.
Bildirilib ki, 1979-cu il noyabrın 14-də elan edilmiş fövqəladə vəziyyət rejimi və tətbiq olunan tədbirlər 2026-cı il noyabrın 14-dən sonra da qüvvədə saxlanılacaq.
Qeyd edək ki, sanksiyalar ilk dəfə 39-cu ABŞ Prezidenti Cimmi Karter tərəfindən Tehranda amerikalı diplomatların girov götürülməsinə cavab olaraq tətbiq edilmişdi. Bu çərçivədə İranın rəsmi aktivləri dondurulmuş, ixrac və idxal məhdudiyyətləri qoyulmuşdu./axar.az