Erməni iranşünas Vardan Voskanyan sosial şəbəkə hesabında Xudafərin körpüsü istiqamətində Azərbaycan sərhədinin İranın zərbə endirə biləcəyi hədəflərdən biri olduğunu iddia edib.
Turkustan.az xəbər verir ki, V.Voskanyan bir qədər əvvəl İranın dini lideri Müctəba Xameneinin "İran hansısa coğrafi məhdudiyyət olmadan cavab zərbələri endirəcək" açıqlamasında məhz potensial istiqamətlərdən biri olaraq Azərbaycanın nəzərdə tutulduğunu bildirib.
O, bu iddiasının gücləndirmək üçün sosial şəbəkənin İran seqmentində yayılan kadrları əsas götürüb. Belə ki, xüsusən "Telegram"ın İran seqmentində həqiqətən də bir çox kanallar müvafiq kadrları paylaşıblar. Həmin kadrlarda Xameneinin "coğrafi məhdudiyyət olmadan" sözləri xatırlanır və Azərbaycan-İran sərhədində yerləşən Xudafərin körpüsü və kənarda "Yaşa Azərbaycan" yazısı nəzərə çarpan strateji əhəmiyyətli yol hədəf kimi aydın şəkildə müşahidə olunur./oxu.az