İsrail Prezidenti İsaak Herzoq oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra yeni hökumətin qurulmasını kimə həvalə edəcəyini müəyyənləşdirmək və mümkün koalisiya variantlarını qiymətləndirmək məqsədilə siyasi partiyalarla məsləhətləşmələrə başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə İsrail Prezident Aparatının yazılı açıqlamasında bildirilib.
Açıqlamaya görə, Herzoq yerli vaxtla saat 17:00-da Knessetdə təmsil olunan siyasi partiyaların liderləri ilə görüşlərə başlayıb.
Prezident iqamətgahında keçirilən məsləhətləşmələr çərçivəsində Herzoq ilk olaraq ifrat sağçı Dini Sionist Partiyasının nümayəndə heyəti ilə görüşüb.
Günün sonunda prezidentin ultraortodoks yəhudiləri təmsil edən Şas Partiyasının, həmçinin Aviqdor Libermanın rəhbərlik etdiyi “İsrail Evimiz” və “Kimlik” partiyalarının nümayəndə heyətləri ilə görüşləri nəzərdə tutulub.
Aytən Yaşar/ Turkustan.az