Kamran Sultan oğlu İmanov “Şərəf” ordeni ilə təltif edilib.
Turkustan.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama görə, o, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Kamran İmanov 2018-ci ildən bəri Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədridir. Sabah onun 80 yaşı tamam olacaq.