ABŞ Konqresinə keçirilən aralıq seçkilərin nəticələrinin rəsmi Vaşinqtonun xarici siyasətinə ciddi təsir göstərəcəyi gözlənilir.
Bu baxımdan, ABŞ-nin Cənubi Qafqazla bağlı siyasəti, Azərbaycan və Ermənistan arsında sülh prosesində Respublikaçılar Partiyasının yanaşmasından fərqli kursun meydana çıxması ehtimalları müzakirə olunur.
Doğrudur, Donald Tramp hələ iki il ABŞ Prezidenti vəzifəsində qalacaq ki, bu da Azərbaycanla Ermənistan arsında sülhə nail olunması və kommunikasiyaların açılması istiqamətində Ağ Evə təşəbbüsləri davam etdirmək imkanı yaradır.
Lakin Demoksratların həm nümayəndələr Palatasında, həm də Senatda böyük fərqlə üstünlük qazandığını nəzərə alsaq, erməni diasporu və lobbisi bu vəziyyətdən istifadə edərək təxribatçı addımlar ata bilər.
Xüsusilə də ABŞ Konqresindəki ermənipərəst dairələr “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin ləğvinə mane olmağa çalışacaqlar.
Qeyd edək ki, 2025-ci il avqustun 8-də azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra Prezident Tramp 907-ci düzəlişin icrasının birdəfəlik dayandırılması barədə fərman verib. Lakin Azərbaycana qarşı sanksiyaların tətbiqini tutan bu ədalətsiz sənəd Senatın qərarı ilə ləğv edilə bilər.
1992-ci ildə ABŞ-nin sabiq prezidenti Co Başydenin başçılığı ilə bir qrup demokrat senator tərəfindən “Azadlığı Müdafiə Aktı”na irəli sürülmüş 907-ci əlavədə guya Azərbaycanın Ermənistanı blokada vəziyyətinə saldığı iddia edilir.
Həmin qətnamə ABŞ-yə Azərbaycanla strateji və müdafiə sahələrində əməkdaşlığı, maliyyə yardımlarını qadağan edir.
Lakin Tramp administrasiyası bu sənədin artıq ABŞ-nin Cənubi Qafqazdakı strateji maraqlarına zidd olduğunu, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinin aradan qalxdığını nəzərə alaraq 907-ci düzəlişin ləğvi üçün Senata müraciət edib.
Aralıq seçkilərdə Respublikaçıların qalib gəlcəyi təqdirdə, 907-ci düzəlişin ləğvi qaçılmaz olacaqdı. Lakin Demoksratların qalib gəlməsi şovinist erməni dairələrinin, o cümlədən Ermənistanın manipulyasiya imkanlarını genişləndirə bilər.
Yəni erməni diasporunun və lobbisinin 907-ci düzəlişin ləğvinə mane olmağa çalışacağı istisna olunmur. Bu isə Azərbaycanla Ermənistan arsında sülhün əldə edilməsinə zərbədir.
Sülh prosesinin rəsmi Vaşinqtonun təşəbbüsü və iştirakı ilə aparıldığını nəzərə alsaq, bu həm də ABŞ-nin beynəlxalq imicini poza biləcək addım olar. /Cebheinfo.az/