Peyvənddən sonra niyə qızdırmamız qalxır? - Araşdırma


Alimlər peyvənddən sonra bəzi insanlarda qızdırmanın daha yüksək olmasının səbəbini araşdırıblar.

Tədqiqatın nəticələrinə görə, bu fərqə bağırsaq mikrobiomu təsir göstərə bilər.

Koronavirusa qarşı peyvənd olunmuş şəxslərin məlumatlarını təhlil edən alimlər bağırsaq bakteriyalarının aktivliyinin immun reaksiyasını gücləndirə və qızdırmaya səbəb ola biləcəyini müəyyən ediblər. Laboratoriya təcrübələri də bu ehtimalı dəstəkləyib.

Tədqiqatçılar bitki mənşəli qidalarla daha çox qidalanan şəxslərdə qızdırma reaksiyasının daha yüngül olduğunu da bildiriblər./lent.az


MANŞET XƏBƏRLƏRİ