“İnsan çəki aldıqca, özünü uğursuz hesab etməyə başlayır və özünü ittiham edir. Bu ittihamlar artdıqca, çoxsaylı mental və psixoloji problemlər yaranır".
Turkustan.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsindəki canlı yayım zamanı qastroenteroloq Emin Məmmədov bildirib.
O qeyd edib ki, bu, özünü bir neçə halda göstərir:
“Belə insanlarda anksiyetə, həyəcan-təşviş pozuntuları yaranır. Onlar daha əsəbi, qıcıqlanan, tez özündən çıxan və emosional olurlar. Uzun müddət pəhriz saxlayan şəxslərdə diqqət pozuntuları meydana çıxır, işə və ya dərslərə diqqət verə bilmir, bir sıra çətinliklər yaranır”. /Cebheinfo.az/