Belə kartof almayın! – Adamı zəhərləyir


“Çox cücərmiş kartoflar risk daşıyır və belə kartofların alınması ümumiyyətlə tövsiyə olunmur”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib. Onun sözlərinə görə, bu əlamətlər yalnız texniki kartof olmasını deyil, həm də məhsulun düzgün olmayan proseslərlə yetişdirildiyini və zədələnmiş olduğunu göstərir:

“Əgər belə kartof qəbul edildikdən sonra ürəkbulanma, başgicəllənmə, ağızda acı dad və ya digər xoşagəlməz hallar yaranarsa və bu simptomlar 24 saatdan artıq davam edərsə, mütləq həkimə müraciət olunmalıdır”.

Ekspert bildirib ki, ümumiyyətlə, kartofu yerli və mövsümündə olan məhsullardan seçmək tövsiyə olunur:

“Həddindən artıq iri ölçülü deyil, orta ölçülü, səliqəli görünüşə malik, rəngi bərabər və yaşıllaşmamış kartoflar seçilməlidir. Cücərmiş və rəngi pozulmuş kartoflardan uzaq durmaq lazımdır”.

Mütəxəssisin fikrincə, kartofun saxlanmasına da diqqət yetirilməlidir.

“Ev şəraitində kartof günəş şüaları düşməyən, sərin və qaranlıq məkanda saxlanmalıdır. Digər qida məhsulları, xüsusilə meyvə və tərəvəzlərlə birlikdə saxlanması məsləhət görülmür. Çünki bəzi məhsulların tərkibində olan maddələr bir-birinin daha tez yetişməsinə və xarab olmasına səbəb ola bilər. Bu baxımdan kartofun ayrıca saxlanılması tövsiyə olunur”, deyə M.Hüseynova qeyd edib.


MANŞET XƏBƏRLƏRİ