Əli Həsənova vəzifə verildi


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənova hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə verilib.

Turkustan.az Teleqraf-a istinadla xəbər verir ki, Ə.Həsənov YAP-ın Veteranlar Şurasının sədr müavini seçilib.

Qeyd edək ki, Arif Rəhimzadə yenidən Veteranlar Şurasının sədri seçilib.

xxx

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənova hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə veriləcək.

Turkustan.az Teleqraf-a istinadla xəbər verir ki, Ə.Həsənovun YAP-ın yeni seçilmiş İdarə Heyətinin bu gün keçiriləcək ilk iclasında Veteranlar Şurasının sədri seçiləcəyi bildirilir.

Eyni zamanda YAP-ın Təftiş Komissiyasına, eləcə də Gənclər Birliyinə sədr seçiləcək.

Qeyd edək ki, Veteranlar Şurasının hazırki sədri Arif Rəhimzadədir.


MANŞET XƏBƏRLƏRİ