Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq.
Turkustan.az bildirir ki, bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir.
9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür.
Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahət günü noyabrın 10-na keçiriləcək.
Beləliklə, noyabrda 4 gün ardıcıl - 7, 8, 9 və 10 noyabrda iş olmayacaq. (Metbuat)