Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul olunub.
Turkustan.az xəbər verir ki, qərar YAP İdarə Heyətinin qurultaydan sonra keçirilən ilk iclasında müzakirə edilib.
Veteranlar Şurasının say tərkibi də dəyişib, belə ki, şurada 35 nəfər təmsil olunacaq.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.