"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevə hələlik baş çəkməyib".
Turkustan.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a BQXK-nın Ermənistandakı nümayəndəliyinin kommunikasiya və ictimaiyyətlə əlaqələr proqramlarının rəhbəri Zara Amatuni bildirib.
"Bizim bu məsələ ilə məşğul olmaq üçün mandatımız var. Hazırda görüş baş tutmayıb. Bu məsələ ilə bağlı Ermənistan hökuməti ilə dialoq aparırıq", - deyə Amatuni qeyd edib.
Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Zəngəzurun Şəki kəndi yaxınlığında naməlum səbəblərdən sərhədi keçən hərbçi barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib./Oxu.az