Trampdan Krım açıqlaması: Əla torpaq sahəsidir, əlimdən aldılar


ABŞ prezidenti Donald Tramp Krımın dörd tərəfdən okeanla əhatə olunmuş bir ada olduğunu bəyan edib.

Turkustan.az xəbər verir ki, o, bunu oktyabrın 16-da Amerika televiziya kanalı “Newsmax”a verdiyi müsahibədə deyib.

Tramp keçmiş ABŞ prezidenti Barak Obamanın 2014-cü ildə ilkin işğal zamanı Krımı faktiki olaraq Rusiyaya "verdiyini" söyləyib.

"Şübhəsiz ki, Krım Ukraynanın ən dəyərli hissəsidir. Dörd tərəfdən okeanla əhatə olunub. Ən gözəl torpaq sahəsidir. Mən daşınmaz əmlak sahəsində çalışıram və yaxşı torpaq sahələrini tanıyıram. Krımı əlimdən alıblar", - Tramp deyib.

Bu, Amerika prezidentinin yarımadanın coğrafi yerini səhv təsvir etdiyi ilk dəfə deyil.

2025-ci ilin avqust ayında Tramp Krımın "okeanın ortasında" olduğunu və Texasla müqayisə edilə biləcəyini iddia etmişdi./publika.az


MANŞET XƏBƏRLƏRİ