Simonyana Hacıyevdən zəng gəldi, telefonun ekranını göstərdi – VİDEO


“Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan mətbuata açıqlama verdiyi vaxt Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ona zəng edib”.

Turkustan.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “Abcmedia” nəşri çıxış edib.

Zəngin məhz Simonyanın brifinq keçirdiyi vaxta təsadüf etdiyi bildirilib.

Qeyd edilib ki, Alen Simonyan zəng gələn zaman söhbətini dayandırıb, telefonla Hikmət Hacıyevə mesaj yazıb, daha sonra sualları cavablandırıb.

Zəngin hansı məsələ ilə bağlı olduğu və tərəflər arasında nələrin müzakirə edildiyi barədə məlumat verilməyib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ