Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Dobropolye şəhərinin tam olaraq Rusiya ordu birləşmələrinin nəzarətinə keçdiyini bəyan edib.
Turkustan.az xəbər verir ki, Gerasimov çıxışında Dobropolyenin Dnepropetrovsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin istinad etdiyi mühüm müdafiə qovşaqlarından biri olduğunu vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Dobropolye şəhəri Donbasın şimal-qərb hissəsində, Pokrovsk ərazisində, Donetsk şəhərindən 90 kilometr məsafədə yerləşir./Musavat.com