Yeni bir elmi araşdırmaya görə, gündə yeddi min addım demensiya, xərçəng və bir sıra digər xəstəliklər riskini azaltmaq üçün kifayətdir. Bu, gündə 10 min addım atmaqdan daha real məqsəddir.
Turkustan.az xəbər verir ki, bu barədə araşdırma “Lancet Public Health” elmi jurnalında dərc edilib.
Bu mövzuda əvvəlki tədqiqatlar ürək sağlamlığı və ölümlə bağlı olsa da, yeni nəşrin müəllifləri atılan addımların sayının bir sıra xəstəliklərin inkişaf riskinə necə təsir etdiyi sualına cavab verməyə çalışıblar.
Ümumilikdə məqalədə 160 mindən çox insanın sağlamlığı və atdığı addımlar haqqında məlumatlar təhlil edilir.
Nəşrin müəllifləri belə qənaətə gəliblər ki, gündə 7000 addım - gündə 2000 addımla müqayisədə - demans (38%), ürək-damar xəstəlikləri (25%), depressiya (22%), 2-ci tip diabet (14%) və xərçəng (6%) riskini azaldır. /Cebheinfo.az/