Rusiya və Ukrayna arasında regional atəşkəs rejimi başladı


ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Ukraynanın Xerson bölgəsində yerləşən Oleşki şəhərində humanitar yardımın çatdırılmasını təmin etmək məqsədilə lokal atəşkəsin qüvvəyə mindiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Melaniya Tramp sosial şəbəkə hesabında Rusiya ilə Ukrayna arasında regional atəşkəsin oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-da başladığını bildirib.

Onun sözlərinə görə, atəşkəsin əsas məqsədi humanitar yardım karvanlarının təhlükəsiz keçidini təmin etməkdir. Atəşkəs rejimi Xerson bölgəsindəki Oleşki şəhərini əhatə edir.

Melaniya Tramp, həmçinin regional atəşkəslə bağlı detalların Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov tərəfindən də təsdiqləndiyini qeyd edib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ