Balakəndə gənclərin iqtisadi biliklərinin artırılmasına həsr olunan tədbirlər keçirilib


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Jurnalistlərin İqtisadi AraşdırmalarınınTəhlili” İctimai Birliyi tərəfindən “İqtisadi təfəkkürün formalaşdırılması: gənclərlə birlikdə” layihəsi həyata keçirilir.

Layihə çərçivəsində 2026-cı il oktyabrın 19-u, 20-si və 21-də Balakən Dövlət Peşə Təhsili Mərkəzi PHŞ-də üç maarifləndirici tədbir təşkil olunub. Görüşlərin əsas məqsədi gənclərin iqtisadi biliklərini genişləndirmək, maliyyə savadlılığını artırmaq və onların iqtisadi proseslərə dair məlumatlılığını gücləndirməkdir.

Layihə rəhbəri Seymur Əzəmmədovun rəhbərliyi ilə keçirilən tədbirlərdə iqtisadi təfəkkürün formalaşdırılması, şəxsi büdcənin idarə olunması, gəlir və xərclərin planlaşdırılması, maliyyə resurslarındansəmərəli istifadə və sahibkarlıq fəaliyyətinin əsasları müzakirə edilib.

Bununla yanaşı, ölkənin sosial-iqtisadi inkişafı, iqtisadi siyasətin əsas istiqamətləri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyəti barədə məlumat verilib. Ölkədə iqtisadi inkişafın təmin olunması, regionların inkişafı, sahibkarlığın dəstəklənməsi və gənclər üçün yaradılan imkanlar diqqətə çatdırılıb.

Müzakirələr zamanı iqtisadi biliklərin gündəlik həyatda tətbiqinin, maliyyə qərarlarının məsuliyyətlə qəbul edilməsinin və mövcud imkanlardan düzgün yararlanmağın əhəmiyyəti vurğulanıb. Gənclərin iqtisadi prosesləri daha yaxşı anlamasının onların gələcək təhsil və əmək fəaliyyətində əhəmiyyətli rol oynadığı qeyd edilib.

Tədbirlərin sonunda iştirakçılara dəftərxana ləvazimatları təqdim olunub və sertifikatlar paylanılıb.

Qeyd edək ki, “İqtisadi təfəkkürün formalaşdırılması: gənclərlə birlikdə” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə kiçik qrant müsabiqələrinin qalibi olub.

Balakəndə gənclərin iqtisadi biliklərinin artırılmasına həsr olunan tədbirlər keçirilib Balakəndə gənclərin iqtisadi biliklərinin artırılmasına həsr olunan tədbirlər keçirilib

Balakəndə gənclərin iqtisadi biliklərinin artırılmasına həsr olunan tədbirlər keçirilib Balakəndə gənclərin iqtisadi biliklərinin artırılmasına həsr olunan tədbirlər keçirilib

Balakəndə gənclərin iqtisadi biliklərinin artırılmasına həsr olunan tədbirlər keçirilib


MANŞET XƏBƏRLƏRİ